Yaponiya Elm və Texnologiya Agentliyi (JAMSTEC) Yerin mantiyasına çatmaq üçün ilk dəfə okean qabığında 6 kilometrlik (3.7 mil) qazıntı aparmağı planlayır.
JAMSTEC araşdırmaçılarından ibarət komanda sentyabr ayında Havay adaları sahillərində başlanğıc işlər görəcək. 
Petrologiya (Dağ-qaya elmləri) sahəsində Kanazawa Universitetindən olan professor Susumu Umino The Japan News qəzetinə verdiyi açıqlamada: Başda maliyyə problemləri olmaqla həll edəcəyimiz çox iş var”- deyə bildirdi. Professor Umino başlanğıc işlərin planlaşdırılmış layihə üçün yeni bir səhifə olacağını qeyd etdi. Layihənin 540 milyon dollara başa gələcəyi bildirilir. Araşdırmaçılar Chikyu adlı dərin dəniz qazıntı gəmisi ilə aparılması planlanan layihənin 2020 və ya ən gec 2030-cu ildə başlamasına ümid edirlər. 
Yeni yayımlanan layihə həm dəniz yataqları, həm də quruda mantiyaya çatmaq üçün aparılan bir çox uğursuz cəhdin yenisidir. Ən dərinə enilmiş layihə sayılan Kola Superdeep Borehole ilə 12.262 metr dərinlik əldə olunmuşdu. Lazımi büdcə olmadığı üçün layihə və ərazi 2008-ci ildə tərk edilmişdi. 
Yüksək maliyyə şərtləri və limitli texnologiya daha əvvəlki cəhdlər üçün əngəl idi. Lakin JAMSTEC komandası hal-hazırda Yer qabığını keçib mantiyaya çatmaq üçün ən doğru texnologiyalara sahib olduqlarını düşünür. 

Yerin daxili hissəsi haqqında məlumatlara zəlzələlər sayəsində sahibik. Vulkanlardan çıxan maqma belə əriyən qabıqla qarışdığı üçün mantiyanın quruluşu haqqında informasiya verir. Qazma üsulu mantiyanın birləşmələrinin həqiqi mənada dəqiq təsviri üçün bir sıra imkanlar yaradır. Bu üsulla bəlkə də tektonik lövhələrin qeyri-müəyyən nöqtələrini və hətta planetimizin necə yarandığını öyrənə biləcəyik.

İstinad: http://www.iflscience.com/environment/japanese-researchers-plan-to-drill-into-the-earths-mantle