Bir çox insan yanğından xilas olmaq üçün tüstüyə həssas xəbərdarlıq cihazları quraşdırmağın tərəfdarıdır. Lakin yanğın baş verdiyi halda sağ qalma şansınızı artıracaq, bu günədək heç eşitmədiyiniz bəzi müdafiə mexanizmləri var. Ən sadəsindən başlayaq.

Qapınızı bağlı saxlayın! Qapalı qapı yanğın zamanı sözün əsl mənasında, həyatla ölüm arasındakı fərqdir.

Material dünyasında yaşamaq!

Bir çox baxımdan, yarım əsr öncə ilə müqayisədə daha təhlükəsiz şəraitdə yaşayırıq. Maşınlar müasirləşdiyi üçün havamıza mənfi təsir gücləri xeyli aşağı düşüb və həddindən artıq tüstülü siqaretlərə demək olar ki, rast gəlmirik. Amma yanğınlarla mübarizədə bu gün elə də inkişaf etməmişik.

4 il əvvəl tüstü cihazınız işə düşdüyü andan etibarən qaçmaq üçün orta hesabla 17 dəqiqə vaxtınız var idi. Hal-hazırda isə bu rəqəm maksimum 4 dəqiqədir. Bunun səbəbi, müasir evlərin daha tez yanmasındadır.

Görəsən niyə? İlk növbədə qeyd edək ki, müasir evlər əvvəlkilərlə müqayisədə daha geniş və az əşyalıdırlar. Bu da yanğının bir otaqdan digərinə maneələrə çox da rastlaşmadan keçməsi deməkdir. Əlavə olaraq, qeyd edək ki, əvvəlki dövrlərlə müqayisədə indi daha çox plastik əşyalarımız var. Bu da yanğının tərkibini daha da zəhərli edir və onun intensivliyini artır.

Yanğın zamanı qaçmaq üçün qazanılan hər 1 saniyə böyük əhəmiyyət daşıyır. Yataq otağınızın və eləcə də evinizin bütün qapılarını bağlı saxlamaq sizə o saniyələri qazandıra bilər. Qapalı qapı yanğını dayandırmaq üçün çox da mükəmməl görünməyə bilər, amma UL Yanğın Araşdırma İnstitutunun açıqlamasına görə bu halın çox böyük bir təsiri var.

Yanğın zamanı açıq qapılı otaq təxminən 500 °C-də sonra sərbəst formada yana bilər. Amma əgər qapı bağlı olsa siz maksimum istiliyi 40 °C olan otaqda qaçmaq planlarınızı qura biləcəksiniz. Bağlı qapı həm də yanğının baş verməsi üçün lazım olan yanacaqlardan birinin – oksigenin intensiv axmasının qarşısını alır.

Qapılarınızı bağlayın, tüstü cihazlarınızı texniki baxışdan keçirin və ailənizlə birgə qaçmaq üçün evinizi yanğın çıxışı ilə təmin edin.