Kanadalı bir qrup müşahidəçi şimal işıqlarını lentə alarkən yeni bir aurora növü kəşf edib.

Əvvəlcə Kanadanın Kalqeri Universitetindən Erik Donovanın təsadüfən baxdığı şəkil onun diqqətini cəlb etdi və şəkildə görünən işıqla bağlı komandasını xəbərdar etdi. Araşdırmalar dərhal başladı. Müşahidəçilərin proton şüaları olduğunu düşündükləri şeyin əslində yeni aurora növü olduğu araşdırmalardan sonra məlum olub. 

Avropa Kosmik Agentliyinin göndərdiyi Swarm peyki müşahidə olunan bu fenomenin temperaturunun 3000 dərəcə olduğunu üzə çıxarıb. Aurora növünü kəşf edən qrup gördüklərinin nə olduğunu bilmədikləri üçün əvvəldən ona STEVE (Strong Thermal Emission Velocity Enhancement) adını verdilər. Amma, nə olduğu haqqında fikir formalaşdıqda belə adı dəyişməz qaldı. 

Yeni aurora barədə daha əvvəl araşdırmalar aparan bir çox astronom var. Amma, görünür ki, bunun üçün yaxşı fotoaparatınızın olması kifayət edir. İllərdir araşdırılan səma fenomeninin həvəskar müşahidəçi tərəfindən kəşf edilməsi buna nümunədir. Planetimizdə hələ də kəşf olunmağı gözləyən minlərlə belə təbiət hadisəsi var. Bəşəriyyət mövcud olduqca kəşf etmək istəyi heç vaxt sönməyəcək!