Uşaqlığımızın ən qəmgin anlarından biri heç şübhəsiz velosipedimizin zəncirinin çıxması ilə bağlıdır. Lakin bu problem yaxın gələcəkdə arxivə qovuşa bilər. Ceramic Speed şirkəti tərəfindən hazırlanan yeni çarx sistemi sayəsində artıq velosipedlərə yağı sağa-sola bulaşan, sizi yolun ortasında qoyan zəncirlər əlavə olunmayacaq.

Videodan da görə biləcəyiniz kimi sistem olduqca sadə və bir o qədər də kompleks quruluşludur. Zəncirli sistemə nisbətən həm daha az enerji xərcləyir, həm də daha çox məsafə qət edə bilirsiniz.

Youtube rəylərində də bildirildiyi kimi bu çarx sisteminin yeganə problemi dişlərin təhlükəli sayda olması ilə bağlıdır. Bir-birinə bitişmiş halda o qədər diş var ki, bunların arasında barmağın qalması faciə ilə nəticələnə bilər.

Velosiped hal-hazırda sadəcə konsepsiyadan ibarətdir. Bəli, çarx sistemi inkişaf etdirilir, amma bunun velosipedlərə nə zaman tətbiq olunacağı qeyri-müəyyəndir. 2020-ci ilə qədər Eurobike tərəfindən dizayn mükafatına layiq görülən bu velosiped prototipinin üzə çıxması gözlənilir.

İstinad: https://www.digitaltrends.com/outdoors/ceramicspeed-chainless-bike-drive/